...

İrandan Azərbaycana 2 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alındı

Hadisə Materials 14 Sentyabr 2016 11:17 (UTC +04:00)
Azərbaycan sərhədçilərinin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
İrandan Azərbaycana 2 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alındı

Bakı. Trend:

Azərbaycan sərhədçilərinin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdiril­ib.

Belə ki, 8 sentyabr 2016-cı il tarixdə saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyənləşdirilərək saxla­nıl­ıb.

9 sentyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanıl­ıblar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstər­ən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar.

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti