...

Qonşusunu döyən şəxs azadlığa buraxıldı

Hadisə Materials 21 Oktyabr 2016 17:04 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qonşusunu döyən şəxs azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb. R.Ağamalızadə CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti