...

Cənubi Koreyada ağır yol qəzası: 4 ölü, 7 yaralı

Hadisə Materials 6 Noyabr 2016 08:12 (UTC +04:00)
Cənubi Koreyada Qönbu yolunda turist avtobusu aşıb
Cənubi Koreyada ağır yol qəzası: 4 ölü, 7 yaralı

Bakı. Trend

Cənubi Koreyada Qönbu yolunda turist avtobusu aşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusda 48 sərnişin var idi.

Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər isə ciddi xəsarət alıb.

Məlumata görə, yol qəzası sürücünün digər avtomobili ilə toqquşmadan qaçarkən baş verib.

Qeyd edək ki, Pusan ilə Seulu birləşdirən avtomobil yolunda hərəkət qismən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti