...

Bakıda 4 otaqlı evdə yanğın olub

Hadisə Materials 13 Noyabr 2016 09:25 (UTC +04:00)
Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb
Bakıda 4 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti