...

Bərdədə 77 yaşlı qadın evində yanıb öldü

Hadisə Materials 24 Noyabr 2016 10:38 (UTC +04:00)
Bərdə şəhərində 77 yaşlı qadın evində yanıb ölüb
Bərdədə 77 yaşlı qadın evində yanıb öldü

Bakı. Trend:

Bərdə şəhərində 77 yaşlı qadın evində yanıb ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti