Gömrükdə əl yüklərindən 13 min siqaret çıxdı

Hadisə Xəbər 12 Dekabr 2016 12:53 (UTC +04:00)

Bakı. Trend:

Əl yüklərindən 13 min ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

Yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti