...

Külli miqdarda narkotik satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Hadisə Materials 11 Yanvar 2017 12:38 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Külli miqdarda narkotik satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs ittihamları qəbul etməyib. Təqsirləndirilən şəxs deyib ki, o basketbolçudur və ölkənin bir neçə basketbol klubunda təmsil olunub.

İş üzrə məhkəmənin hazırlıq iclası yekunlaşıb və baxış iclası yanvarın 18-nə təyin olunub.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

T.Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmək, emal etmək, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti