Bakı. Trend:
Zaqatala rayonu, Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 2 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.