...

Azərbaycanda 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb

Hadisə Materials 27 Yanvar 2017 17:11 (UTC +04:00)
2016-cı ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunması istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində ölkədə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.
Azərbaycanda 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb

Bakı. Samir Əli - Trend:

2016-cı ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunması istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində ölkədə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min dollar və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əsginas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 dollar və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti