...

Narkotik alveri ilə məşğul olan 70 cinayətkar qrup zərərsizləşdirilib

Hadisə Materials 27 Yanvar 2017 17:17 (UTC +04:00)
Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Narkotik alveri ilə məşğul olan 70 cinayətkar qrup zərərsizləşdirilib

Bakı. Samir Əli - Trend:

2016-cı ildə ölkədə transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, keçirilən əməliyyat nəticəsində 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub.

Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

R.Usubovun sözlərinə görə, insan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti