...

Daşkəsəndə dələduz qadınla bağlı cinayət işi başlandı

Hadisə Materials 28 Yanvar 2017 12:18 (UTC +04:00)
Daşkəsəndə dələduzluq edən qadınla bağlı cinayət işi başlanıb.
Daşkəsəndə dələduz qadınla bağlı cinayət işi başlandı

Bakı. Trend:

Daşkəsəndə dələduzluq edən qadınla bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının bir qrup sakinin müraciəti əsasında həyata keçirdikləri tədbirlər nəticəsində şəhər sakini İlhamə Bayramovanın 2016-cı ilin aprel-oktyabr ayları ərzində həmyerliləri Xudayar Ələkbərovu, Aybəniz Vəliyevanı, Rüfət Məmmədovu və Nüşabə Məmmədovanı aldadaraq onlardan ümumilikdə 6500 manat və 2000 dollar pul, habelə qızıl əşyalar alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti