Bakı. Samir Əli - Trend:
Bakıda intihar hadisəsi baş verib. Trend-ə hüquq mühafizə orqanlarından verilən məlumata görə, hadisə fevralın 3-də gecə saatlarında Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Humbətov Eldar Allahverdi oglu özünü yaşadığı evdə asaraq intihar edib. Ailə üzvləri onun meyitini səhər tezdən asılmış vəziyyətdə tapıb.
Məlumata görə, E.Hümbətov ağır xəstəlikdən əziyyət çəkirmiş, intihar etməmişdən əvvəl isə məktub yazıb. Mərhumun cibindən aşkarlanan məktubda İ.Hümbətov göstərib ki, onun ölümündə heç kim günahkar deyil, ağrılara dözə bilmədiyi üçün intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öpldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.