Bakı. Trend:
Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.