Bakı. Trend:
Pirşağıda məhkumun evindən qundağı və lüləsi kəsilmiş tüfəng göütürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşad Niftiyevin evinə baxış zamanı qundağı və lüləsi kəsilmiş "İJ-18E" markalı tüfəng və 3 ədəd patron götürülüb.
Həmçinin Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Kərimovdan "Naqan" markalı tapança və 8 ədəd patron götürülüb.
Bundan başqa, Abşeron RPİ-nin əməkdaşları tərəfindən Xırdalan şəhərində Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Namidar Əliyevdən lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.