...

Bakıda 28 yaşlı kişi özünü 17-ci mərtəbədən atıb öldürdü

Hadisə Materials 16 Mart 2017 09:37 (UTC +04:00)
Bakıda intihar hadisəsi baş verib.
Bakıda 28 yaşlı kişi özünü 17-ci mərtəbədən atıb öldürdü

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti