...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 29 Mart 2017 08:56 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti