...

Ağdamda 21 yaşlı ruhi xəstə qız özünü iplə asdı

Hadisə Materials 30 Mart 2017 14:09 (UTC +04:00)
Ağdam rayonunda intihar hadisəsi baş verib.
Ağdamda 21 yaşlı ruhi xəstə qız özünü iplə asdı

Bakı. Samir Əli - Trend:

Ağdam rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə martın 29-da rayonun Quzanlı qəsəbəsində baş verib. Əslən rayonun işğal altındakı Şurabad kəndindən olan və hazırda Quzanlı qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Abbasova Cəmilə Nəcəf qızı özünü yaşadığı evdə iplə özünü asaraq intihar edib. Yaxınları onun meyitini asılmış vəziyyətdə tapıblar.

Məlumata görə, C.Abbasova 2012-ci ildən Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserində "reaktiv paranol psixoz" diaqnozu üzrə dəfələrlə müalicə alıb və həmin vaxtdan ruhi əsəb xəstəsi kimi qeydiyyatda olub.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti