Bakı. Trend:
Füzulidə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Horadiz şəhərində vətəndaşa məxsus fermanın ərazisində ümumi sahəsi 30 m2 olan vaqon tipli otağın taxta üzlüyü və içərisində olan 1 ədəd yataq dəsti yanıb.
Ferma yanğından mühafizə olunub. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.