...

Xeyli miqdarda siqaretin ölkəyə qanunsuz gətirilməsinə cəhdin qarşısı alınıb (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 11 Aprel 2017 11:36 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Xeyli miqdarda siqaretin ölkəyə qanunsuz gətirilməsinə cəhdin qarşısı alınıb (YENİLƏNİB) (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 3800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib.

Komitədən həmçinin bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında - "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının arxasından aksiz markası olmayan 2800 ədəd "Parliament" və 4000 ədəd "Marlboro gold edge" markalı siqaretlər, salonunda xüsusi düzəldilən saxlanc yerindən isə mobil telefonlara məxsus 100 ədəd USB kabel, 100 ədəd adapter başlığı, 100 ədəd qulaqcıq, 45 ədəd batareya, 25 ədəd "Samsung" markalı mobil telefonların qutuları aşkar edilib.

Digər analoji hal isə "Sınıq Körpü" gömrük postunda qeydə alınıb.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında, "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21-09" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6400 ədəd siqaret aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti