...

Bakı-Quba yolunda qəza - yaralanan var

Hadisə Materials 1 May 2017 15:02 (UTC +04:00)
Bakı-Quba yolunun 110-cu kilometrliyində ağır yol qəzası baş verib.
Bakı-Quba yolunda qəza - yaralanan var

Bakı. Trend:

Bakı-Quba yolunun 110-cu kilometrliyində ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:55-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti