Bakıda hotelin şüşələrini təmizləyərkən yıxılıblar

Hadisə Xəbər 27 May 2017 12:05 (UTC +04:00)

Bakı. Trend:

Paytaxt sakinləri hotelin şüşələrini təmizləyərkən yıxılıblar

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki hotellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti