...

Cəlilabadda yanğın olub

Hadisə Materials 12 İyun 2017 23:10 (UTC +04:00)
Cəlilabad rayonu, Mirzəli kəndində yanğın qeydə alınıb
Cəlilabadda yanğın olub

Bakı. Trend:

Cəlilabad rayonu, Mirzəli kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Mirzəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 314 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m2sahədə və içərisinə yığılmış 44 ton ot bağlamasının 30 tonu yanıb.

Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti