...

Bərdədə 5 otaqlı ev yanıb

Hadisə Materials 15 İyun 2017 23:37 (UTC +04:00)
Bərdə rayonu, Yeni Daşkənd kəndində yanğın qeydə alınıb
Bərdədə 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdə rayonu, Yeni Daşkənd kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bərdə rayonu, Yeni Daşkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 8 m2 sahədə və yaxınlıqdakı digər vətəndaşa məxsus 8,5 ton ot bağlamasının 2,5 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti