Bakı. Trend:
Sumqayıtda 23 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və o, orada ölüb.
Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.