...

Bakıda yanğın - külək alovu söndürməyə imkan vermir (FOTO)

Hadisə Materials 30 İyul 2017 10:06 (UTC +04:00)
Bakı köhnə Günəşli G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb
Bakıda yanğın - külək alovu söndürməyə imkan vermir (FOTO)

Bakı. Trend:

Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb. Trend-in məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.

Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.

Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.

Xəbər lenti

Xəbər lenti