...

Respublika stadionunun arxasındakı şam ağacları yandırılıb - FOTO

Hadisə Materials 30 Avqust 2017 13:01 (UTC +04:00)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 kv.m yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 aylant) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti