Bakı. Samir Əli - Trend:
Sentyabrın 4-də Bakının Nizami rayonu ərazisində qəza törədən 35 şaylı marşrut avtobusunun sürücüsü işdən çıxarılıb.
Trend-in məlumatına görə, yol qəzasının baş verməsindən sonra avtobusun sürücüsü Valeh Muradov xətdən kənarlaşdırılıb. Hazırda faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, sentyabrın 4-də paytaxtın Nizami rayonunda V.Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 5-də dünyasını dəyişib.