...

Quzanlıda "Mercedes" bulağa çırpıldı: yaralı var (FOTO)

Hadisə Materials 12 Sentyabr 2017 15:10 (UTC +04:00)
Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Quzanlıda "Mercedes" bulağa çırpıldı: yaralı var (FOTO)

Ağdam, Quzanlı. Elçin Mehdiyev - Trend:

Ağdamın Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarında quraşdırılmış bulağa çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 3 sərnişindən biri - 40-50 yaşlarında olan qadın baş nahiyəsindən xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralı xəstəxanaya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti