...

Sumqayıt Alüminium Zavodunun ərazisində yanğın olub

Hadisə Materials 20 Sentyabr 2017 18:20 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıtda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Alüminium Zavodunun ərazisində, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 5000 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə, içərisinə yığılmış istehsalat tullantıları 200 kv.m sahədə və ərazidə 1000 kv.m sahədə quru ot və kol-kos yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:36-da söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti