...

Tovuzda "Mercedes"in vurduğu piyada Bakıya göndərildi

Hadisə Materials 28 Sentyabr 2017 21:46 (UTC +04:00)
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.
Tovuzda "Mercedes"in vurduğu piyada Bakıya göndərildi

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Gecə saatlarında yolu keçən piyada, kənd sakini 1977-ci il təvəllüdlü Fərəcov Tofiq Ramiz oğlu "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəsarətləri ağır olduğundan Bakıya göndərilib. Ona ağır kəllə-beyin travması qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti