...

Dağda köməksiz qalan əcnəbi turistlər Şamaxıya gətirilir

Hadisə Materials 3 Oktyabr 2017 19:03 (UTC +04:00)
Şamaxıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan əcnəbi turistlər tapılıb.
Dağda köməksiz qalan əcnəbi turistlər Şamaxıya gətirilir

Bakı. Trend:

Şamaxıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan əcnəbi turistlər tapılıb.

Trend-in məlumatına görə, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

Hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

Turistlərin olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti