...

Hindistanda zavod işini dayandırdı - Bəbirə görə

Hadisə Materials 5 Oktyabr 2017 15:47 (UTC +04:00)
Hindistanda böyük avtomobil zavodu işini dayandırıb.
Hindistanda zavod işini dayandırdı - Bəbirə görə

Bakı. Trend:

Hindistanda böyük avtomobil zavodu işini dayandırıb. Trend-in məlumatına görə, buna zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub.

Məlumata görə, "Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhhal dayandırraraq zavodu tərk edib.

Hadisə ilə bağlı zavodda səhər növbəsinin işi də təxirə salınıb.

Yerli vəhşi təbiəti mühafizə idarəsi əməkdaşı Vinod Kumarın verdiyi məlumata görə, hazırda bəbirin axtarışları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti