...

Xızıda minik avtomobili maneələrə çırpılıb, sürücü ölüb

Hadisə Materials 7 Oktyabr 2017 01:47 (UTC +04:00)
Xızıda ölümlə nəticələnən yol qəzası baş verib
Xızıda minik avtomobili maneələrə çırpılıb, sürücü ölüb

Bakı. Trend:

Xızıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Sitalçay kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneələrə çırpılıb.

Sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədi Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti