Bakı. Trend:
Sumqayıtda avtomobil iki piyadanı vurub öldürüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub.
Piyadalar hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.