...

Hindistanda bina uçuldu - 6 nəfər dağıntılar altında öldü (FOTO/VİDEO)

Hadisə Materials 16 Oktyabr 2017 10:28 (UTC +04:00)
Hindistanın Baqolor şəhərində 3 mərtəbəli yaşayış binası uçulub.
Hindistanda bina uçuldu - 6 nəfər dağıntılar altında öldü (FOTO/VİDEO)

Bakı. Trend:

Hindistanın Baqolor şəhərində 3 mərtəbəli yaşayış binası uçulub. Trend-in məlumatına görə, Karnatak ştatının daxili işlər naziri Ramalinq Reddi bildirib ki, dağıntılar altında azı 6 nəfər ölüb.

İnsident səhər saatlarında baş verib.

Daha öncə binanın qaz balonunun partlamasından sonra uçulması barədə informasiyalar yayılsa da, daha sonra bu xəbər təkzib edilib.

Hazırda hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadası işləyir. Dağıntılar altında hələ də qalanların olması ehtimal edirlir. Bu səbəbdən ölən və yaralananların sayının artacağı istisna edilmir.

Xəbər lenti

Xəbər lenti