...

Qubada yanğın olub

Hadisə Materials 28 Oktyabr 2017 06:27 (UTC +04:00)

Bakı. Trend:

Quba rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunda ümumi sahəsi 320 m2 olan birmərtəbəli 8 otaqdan ibarət köməkçi tikilinin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti