...

Reydlər zamanı yığılan ov silahları polisə təhvil verilib

Hadisə Materials 2 Noyabr 2017 13:46 (UTC +04:00)
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb.
Reydlər zamanı yığılan ov silahları polisə təhvil verilib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları xeyli sayda ov silahını Qəbələ Rayon Polis Şöbəsinə təhvil veriblər. Bu barədə Trend-ə DİN-dən verilən məlumatda bildirilib.

Məlumata görə, adıçəkilən Nazirliyin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə vaxtaşırı keçirilən reydlər nəticəsində xeyli silah yığılıb.

Noyabrın 1-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin əməkdaşları son üç ildə yığılmış ümumilikdə 10 ədəd, o cümlədən - 4 “İJ”, 4 “TOZ” və 2 ədəd “BUM” markalı ov silahlarını müvafiq tədbirlər görülməsi üçün Polis Şöbəsinə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti