...

Bakıda mənzildə 27 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 6 Noyabr 2017 16:27 (UTC +04:00)
Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bakıda mənzildə 27 yaşlı gəncin meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildə 27 yaşlı gəncin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti