...

Oğurlanmış avtomobil sexdə tapılıb - usta saxlanılıb

Hadisə Materials 7 Noyabr 2017 12:06 (UTC +04:00)
Yevlaxda oğurluq avtomobilin ban nömrəsini dəyişən usta yaxalanıb
Oğurlanmış avtomobil sexdə tapılıb - usta saxlanılıb

Bakı. Trend:

Yevlaxda oğurluq avtomobilin ban nömrəsini dəyişən usta yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-nə keçən gecə Yevlax Rayon Polis Şöbəsinə müraciət edən İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olmasını müəyyən ediblər.

Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.

Ə.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırılması və 200 manat müqabilində nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdirməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti