...

Sabunçuda 2 azyaşlı xilas edilib

Hadisə Materials 10 Noyabr 2017 01:03 (UTC +04:00)
Sabunçuda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib
Sabunçuda 2 azyaşlı xilas edilib

Bakı. Trend:

Sabunçuda köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin edibşlər.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti