Bakı. Trend:
Bakının Yasamal rayonunda yanğın olub.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə və ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə, dəhlizin, mətbəxin və aynabəndin lambirindən ibarət tavanı 34 m² sahədə yanıb.
Mənzillərin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.