...

Yarımstansiyadan oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 16 Noyabr 2017 16:36 (UTC +04:00)
Qaxda yarımstansiyadan oğurluq edən şəxs saxlanılıb.
Yarımstansiyadan oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Qaxda yarımstansiyadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 14-dən 15-nə keçən gecə Qax rayonundakı “Yeni İlisu” yarımstansiyasından oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla ümumi çəkisi 100 kiloqram olan, mis materialdan hazırlanmış şinlərin oğurlandığı məlum olub.

“İsti izlər”lə keçirilmiş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Vəli Məmmədov saxlanılıb.

Oğurladığı materialları satmağa macal tapmayan şəhər sakininin yaşadığı evin zirzəmisindən həmin mis şinlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qax RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti