...

Yevlaxda "Hyundai" kanala düşüb, 3 nəfər xilas edilib

Hadisə Materials 22 Noyabr 2017 09:02 (UTC +04:00)
Yevlax rayonunda yol qəzası baş verib
Yevlaxda "Hyundai" kanala düşüb, 3 nəfər xilas edilib

Bakı. Trend:

Yevlax rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda "Hyundai" markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

Qarabağ Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər lenti

Xəbər lenti