...

Bakıda valideynlər öz uşaqlarını dərsə niyə göndərmədilər? - Rəsmi cavab

Hadisə Materials 28 Noyabr 2017 12:51 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 14 nömrəli tam orta məktəbdə 3 -cü sinif şagirdlərinin valideynlərinin öz uşaqlarını dərsə buraxmaması ilə bağlı məlumatlara münasibət bildirib.
Bakıda valideynlər öz uşaqlarını dərsə niyə göndərmədilər? - Rəsmi cavab

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 14 nömrəli tam orta məktəbdə 3-cü sinif şagirdlərinin valideynlərinin uşaqlarını dərsə buraxmaması ilə bağlı məlumatlara münasibət bildirib.

İdarədən Trend-ə verilən məlumata görə, 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3-e sinif şagirdi Məhəmmədhəsən Sadıqzadənin davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər:

"Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıblar. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti