Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İstanbul şəhərində Fəthullah Gülən tərəfdarlarına qarşı əməliyyat davam edir.
Trend-in məlumatına görə, budəfəki əməliyyat zamanı 360 nəfər saxlanılıb. Onlardan 343-ü hərbçidir.
Saxlanılanlardan 27 nəfərin F.Gülənin rəhbərlik etdiyi "Hizmət" hərəkatının aparıcı simaları olduğu bildirilir. Onların adı və vəzifəsi açıqlanmır.