...

Avtomobillərdən güzgü oğurlayıb satan şəxs tutulub

Hadisə Materials 29 Noyabr 2017 13:23 (UTC +04:00)
Avtomobillərdən güzgüləri oğurlayıb satan şəxs tutulub.
Avtomobillərdən güzgü oğurlayıb satan şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Avtomobillərdən güzgüləri oğurlayıb satan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.

Kriminalistik Tədqiqatlar İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və görülmüş tədbirlərlə o, saxlanılıb.

Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovla bağlı aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen” markalı avtomobillərin yan güzgülərini sökərək oğurlaması da müəyyən edilib.

Saxlanılan şəxs oğurladığı həmin güzgüləri dəyərindən dəfələrlə ucuz qiymətə işlənmiş avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan emalatxanalara satdığını bildirib.

Faktla əlaqədar cinayət işi başlanılıb. E.İsmayılovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti