...

Paytaxtda mənzildən 62 yaşlı kişi ölü tapıldı

Hadisə Materials 6 Dekabr 2017 19:56 (UTC +04:00)
Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.
Paytaxtda mənzildən 62 yaşlı kişi ölü tapıldı

Bakı. Trend:

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub ki, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Həsənzadə Rauf İslam oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti