...

Bakıda gənc oğlan metroda qatar relsinə yıxıldı

Hadisə Materials 11 Dekabr 2017 09:48 (UTC +04:00)
Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.
Bakıda gənc oğlan metroda qatar relsinə yıxıldı

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib:

"Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti