...

Yataqxanada yanğın olub - 8 nəfər təxliyə edilib

Hadisə Materials 3 Yanvar 2018 18:14 (UTC +04:00)
Sumqayıtda yataqxanada yanğın olub.
Yataqxanada yanğın olub - 8 nəfər təxliyə edilib

Bakı. Trend:

Sumqayıtda yataqxanada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti