...

Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olunub

Hadisə Materials 4 Yanvar 2018 11:27 (UTC +04:00)
Çantada gömrük nəzarətinə bəyan edilməyən siqaretlər aşkarlanıb.
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret müsadirə olunub

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti